Sony Mobile geriləyir


Digərləri 30 İyn 2018 08:51:00 234 0

Sony Mobile geriləyir

"Sony Mobile" şirkəti bir neçə regionda yerli ofislərinin fəaliyyətini və əməliyyatları dayandıracaq.

Son.az ICTnews-a istinadən bildirir ki, söhbət Orta və Yaxın Şərq, eləcə də Türkiyə və Afrikadan gedir. Şirkət cari ilin oktyabrında bu regionlarda fəaliyyətini dayandırmağı planlaşdırır. Bildirilir ki, fəaliyyətin dayandırılması qeyd olunan regionlarda işlərin pis getməsindən xəbər verir. Buna bir neçə səbəb göstərilir - rəqiblərlə müqayisədə qiymətlərin baha olması, eləcə də cəlbedici innovasiyaların olmaması.