Smartfon xarab əti müəyyənləşdirəcək


Digərləri 30 İyn 2018 08:41:00 273 0

Smartfon xarab əti müəyyənləşdirəcək

İndiyədək məişətdə ətin təzə olmasını müəyyənləşdirmək üçün əsas "alət" iybilmə qabiliyyətidir. Ancaq müxtəlif insanlarda iybilmə qabiliyyəti fərqlənir və zəhərlənmə yarada bilən ət tikəsi dərhal kifayət qədər güclü qoxu yaymır. Bu problemin öyrənilməsi ilə məşğul olan Çin və ABŞ-dan olan alimlər smartfon və xüsusi datçikin köməyi ilə ətin təzə olmasını müəyyənləşdirməyi təklif ediblər.

Son.az ICTnews-a istinadən bildirir ki, Nankin Universiteti və Texas Universitetinin alimləri biogen aminlərə (çürümə prosesində ayrılan və xoşagəlməz iy yayan orqanik maddələr) qarşı həssas olan keçirici polimerdən sensor hazırlayıblar. Alimlər bu sensoru NFC nişanları ilə birləşdiriblər. Nəticədə NFC moduluna malik smartfonun köməyi ilə ətin təzə olması haqda məlumatları əldə etmək mümkündür.