Çexiyada təyyarə qəzası baş verib


Dünya 30 İyn 2018 08:48:00 233 0

Çexiyada təyyarə qəzası baş verib

Çexiyanın şərqində təyyarə qəzaya uğrayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Qavliçkuv-Brod şəhəri yaxınlığında baş verib. Yüngül idman təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.