Rusiya neft hasilatına görə dünyada liderliyini qoruyur


Dünya 30 İyn 2018 08:33:00 267 0

Rusiya neft hasilatına görə dünyada liderliyini qoruyur

Rusiya Energetika Nazirliyinin verdiyi məlumata və OPEK-in hesabatına əsasən, Rusiya aprel ayında sutkada ortalama 10.965 milyon barel neft hasil edərək ABŞ və Səudiyyə Ərəbistanı qabaqladı.

Son.az Trend-ə istinadən bildirir ki, EİA-nın dərc olunmuş məlumatına əsasən, ABŞ neft hasilatı 0,1% azalaraq, gündə 10.467 milyon barel neft təşkil etdi. Bu göstəriciylə o dünyada ikinci yerdədir. Eyni zamanda, OPEK-in iyun hesabatına görə, Səudiyyə Ərəbistanın neft hasilatı 0,1% azalaraq sutkada ortalama 9.901 milyon barel təşkil etdi. Bu göstərici dünyada üçüncüdür.