ADAda Avropa İttifaqı üzrə IV Yay Məktəbi işinə başlayıb


Digərləri 30 İyn 2018 08:38:00 279 0

ADAda Avropa İttifaqı üzrə IV Yay Məktəbi işinə başlayıb

"ADA" Universitetində Avropa İttifaqı üzrə IV Yay Məktəbi işinə başlayıb.

Universitetin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iki həftəlik təlim proqramı geniş beynəlxalq iştirakçı qrupu cəlb edib - Avropa, Asiya və Amerika qitəsindən proqrama qatılan gənclər hazırda ali təhsillərinin müxtəlif pillələrindədirlər.

IV Yay Məktəbinin açılış mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə vurğulayıb ki, mütəmadi keçirilən Avropa İttifaqı üzrə Yay Məktəbi gəncləri bu beynəlxalq qurumla bağlı maarifləndirir. İnteraktiv şəkildə qurulan dərslər zamanı onlar həm də dünyanın bu vacib bölgəsinin beynəlxalq siyasətinə dair öz fikirlərini töhfə edə bilirlər. Yay Məktəbi üçün məhz Azərbaycandakı ADA Universitetinin seçilməsi təsadüfi deyil - qitələrin geostrateji kəsişməsində yerləşən ölkəmizdə Avropa İttifaqında cərəyan edən hadisələri izləyir, onların bilavasitə iştirakçısı oluruq.