Bakıda yük avtomobili yaşlı qadını vuraraq ağır xəsarət yetirib


Sosial 30 İyn 2018 08:24:00 234 0

Bakıda yük avtomobili yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Qadın çoxsaylı sınıq xəsarətləri alıb

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

1965-ci il təvəllüdlü Gülməmmədova Narın Cəlil qızı yolu keçərkən onu kiçik tutumlu yük avtomobili vurub. Qadın çoxsaylı sınıq xəsarətləri alıb.

O, dərhal təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsində araşdırılır.