Prezident və parlament seçkilərində qalib gəlməyimiz böyük müvəffəqiyyətdir


Dünya 30 İyn 2018 08:13:00 354 0

Prezident və parlament seçkilərində qalib gəlməyimiz böyük müvəffəqiyyətdir

İyunun 24-də keçirilən seçkilərdə qalib gələn "Ədalət və İnkişaf Partiyasının" (Ak Parti) mərkəzi aparatının iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Biz prezident seçkilərinin ilk turunda qalib gəldik. Parlament seçkilərində də biz birinci olduq. Şübhəsiz ki, bu, böyük bir uğurdur. Vətəndaşların bizə olan etimadının göstəricisidir. Ancaq biz seçicilərin itirilmiş səslərini təhlil etməliyik. Hansı səbəbdən bunun baş verdiyini öyrənmək və üzərində çalışmaq lazımdır".

Son.az Trend-ə istinadən bildirir ki, o, həmçinin ölkədə keçiriləcək yerli bələdiyyə seçkiləri barədə də danışdı. "Biz gələcək bələdiyyə seçkilərində etdiyimiz səhvləri təkrar etməmək üçün nəticə çıxarmalıyıq və səhvlər üzərində çalışmalıyıq".

Ərdoğan parlament sədri vəzifəsinə hakim partiyadan irəli sürüləcək namizəd haqqında danışıb. "9 iyul tarixində partiyanın ümumi yığıncağında Millət Məclisinin sədri vəzifəsinə namizədin adı gizli səsvermə yolu ilə müəyyən olunacaq", deyə Ərdoğan açıqlama verib.

İyulun 10-da Rəcəb Tayip Ərdoğanın Şimali Kipr Türk Respublikasına ənənəvi səfəri gözlənilir. Eyni gün, Türkiyə prezidenti, ilk beynəlxalq səfərini qardaş Azərbaycana edəcəyini bildirib.