Film çəkilişləri üçün robotkaskadyorlar hazırlanıb VİDEO


Digərləri 30 İyn 2018 08:02:00 241 0

Film çəkilişləri üçün robotkaskadyorlar hazırlanıb  VİDEO

Amerikanın kino mütəxəssisləri film çəkilişlərində insanlar kimi tryuklar yerinə yetirmək bacarığı olan robot hazırlayıblar.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "İndependent" məlumat yayıb.

Məlumata görə, "Android Stuntronics" xüsusi katapulta vasitəsilə havaya atılır və müxtəlif çevriliş hərəkətləri, saltolar edir.

Bildirilir ki, robot kaskadyorlar ilk növbədə attraksionların hissələri kimi fəaliyyət göstərəcəklər. Daha sonra ola bilsin, onları filmlərə çəkəcəklər.