Qlobal rəqəmli iqtisadiyyat 13 trilyon dollar qiymətləndirilib


Digərləri 30 İyn 2018 07:51:00 315 0

Qlobal rəqəmli iqtisadiyyat 13 trilyon dollar qiymətləndirilib

Çinin "Huawei" telekommunikasiya avadanlığı istehsalçısı "Qlobal internet fəaliyyəti indeksi" (Global Connectivity Index) adlı illik hesabat təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, tədqiqata görə, 2017-ci ildə qlobal rəqəmli iqtisadiyyatın dəyəri 12,9 trilyon dollar təşkil edib ki, bu da dünya ümumi daxili məhsulunun (ÜDM) 17,1 faizinə bərabərdir. Ekspertlərin proqnozlarına görə, 2025-ci ilədək göstərici hazırda müşahidə edilən süni intellekt üzrə mütəxəssislərin çatışmazlığı mane olmayacağı təqdirdə 23 trilyon dollaradək arta bilər.

"Huawei" nümayəndələri bildirib ki, süni intellektin böyük miqyasda effektiv tətbiqi üçün ölkələrin üç eyni komponentə ehtiyacı var: kompüter gücü, markalanmış məlumat və alqoritmlər.