Mağaza oğruları daha tez tapılacaq


Digərləri 30 İyn 2018 07:41:00 251 0

Mağaza oğruları daha tez tapılacaq

Yaponiya mühəndisləri mağazalarda videomüşahidə aparan "AI Guardsman" neyron şəbəkəsini təqdim ediblər. Sistem alıcıların davranışını təhlil edərək mağaza oğrusunu müəyyənləşdirə bilir.

Son.az ICTnews-a istinadən bildirir ki, "AI Guardsman" müşahidə kameralarına qoşulur və mağazada qayda-qanuna riayət edir. Sistemə mağaza oğrularının tipik vərdişləri, məsələn, kameranın əhatə dairəsindən kənar yerlərin axtarışı, şübhəli davranış və s. yüklənilib. Bundan başqa, neyroşəbəkə öyrənərək cinayətkarların yeni vərdişlərini yadda saxlaya bilir. Oğurluğun edilməsi ilə bağlı şübhə yaranan zaman sistem mağaza mühafizəsini xəbərdar edir.