Nikaraqua parlamenti respublikada hərbi təlim keçmək üçün Rusiyanın, ABŞ-ın və digər ölkələrin hərbiçilərinə icazə verdi


Digərləri 30 İyn 2018 03:45:10 229 0

Nikaraqua parlamenti respublikada hərbi təlim keçmək üçün Rusiyanın, ABŞ-ın və digər ölkələrin hərbiçilərinə icazə verdi

Nikaraqua parlamenti ölkə ərazisində təlimlər aparmaq üçün Rusiya, ABŞ, Venesuela, Kuba və digər ölkələrin hərbi birləşmələrinə rəsmi icazə verdi.

Bakı. Nikaraqua parlamenti ölkə ərazisində təlimlər aparmaq üçün Rusiya, ABŞ, Venesuela, Kuba və digər ölkələrin hərbi birləşmələrinə rəsmi icazə verdi. Bu haqda cümə günü yerli mənbələr xəbər verdi. Deputatlar tərəfindən qəbul olunmuş, ölkə prezidenti Daniel Orteqanın fərmanı, 2018-ci ilin ikinci yarısında Rusiya, Amerika Birləşmiş Ştatları, Kuba, Meksika, Venesuela, Qvatemala, Salvador, Honduras, Dominikan Respublikası və Tayvanın hərbi personal, təyyarə və gəmilərin "humanitar məqsədlə, təlim, məşq və təcrübə mübadiləsi üçün Nikaraqua ərazisində yerləşmələrinə” icazə verir.