Tıxaca düşməmək üçün istifadə edilən


Digərləri 29 İyn 2018 23:33:00 255 0

Tıxaca düşməmək üçün istifadə edilən

Bakı-Sumqayıt yolunun təmir edilməsi və bir neçə gündür ərazidə yaşanan güclü tıxac sürücülərin alternativ yollardan istifadə etməsinə səbəb olub.

Son.az bildirir ki, hazırda Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürücülər iki əsas alternativ yoldan- Binəqədi yolu və Balaxanı-Binəqədi-Novxanı avtomobil yollarından istifadə edirlər.

Sürücülərin alternativ yollardan istifadə etməsi isə həmin yollarda avtomobil sıxlığının yaşanmasına səbəb olur.

Alternativ yol kimi Balaxanı-Binəqədi-Novxanı avtomobil yolundan istifadə edən sürücülər də az deyil.