Bakıda restoran sahibi ilə tikinti şirkəti arasında münaqişə SƏBƏB VİDEO


Digərləri 29 İyn 2018 23:39:00 253 0

Bakıda restoran sahibi ilə tikinti şirkəti arasında münaqişə  SƏBƏB  VİDEO

Bakıda baş verən çökmə hadisəsi restoran sahibi ilə tikinti şirkətini üz-üzə qoyub.

Son.az bildirir ki, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən restoranın ərazisinin bir hissəsi uçub. Üstəlik, restoranın həyətində çatlar əmələ gəlib. İctimai iaşə obyektinin sahibi deyir ki, restoranın bir hissəsinin çökməsinə yaxınlıqda aparılan tikinti işləri səbəb olub.

Restoranın sahibi Qadir Əhmədov deyir ki, hazırda ərazidə çatlar qalmaqdadır. Restoranın digər kabinetləri də hər an uçmaq təhlükəsi ilə üz-üzədir.

Tikinti işlərini həyata keçirən şirkət isə iddialarla razılaşmır. Onlar uçquna əraziyə axan suyun səbəb olduğunu deyirlər.