Amerikalı politoloq Ermənistandakı vəziyyəti şərh edib VİDEO


Siyasət 29 İyn 2018 23:12:00 279 0

Amerikalı politoloq Ermənistandakı vəziyyəti şərh edib  VİDEO

Ermənistanın həbs edilmiş "milli qəhrəmanı", general Manvel Qriqoryan korrupsiya vasitəsilə sərvət əldə edib və xaricdə Ermənistanin imicinə sagalmaz zərbə vurub.

Son.az bildirir ki, bunu ABŞ-ın Markett Universitetinin professoru Piter Teys Ermənistanın keçmiş deputatı, general Manvel Qriqoryanin xeyriyyə məqsədi ilə əsgərlər üçün toplanmış vasitələri oğurlaması ilə bağlı qalmaqallı hadisəni şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, yüksək vəzifəli hərbçilərin bu cür hərəkətləri Ermənistan ordusunda baş alan kütləvi fərariliyin səbəbidir.

Politoloq, həmçinin Ermənistan cəmiyyətinin kədərli olduğunu, çox sayda gəncin daha yaxşı həyat yasamaq üçün ölkəni tərk etdiyini, erməni əsgərlərin ac qaldığını, hərbi təchizat çatışmazlığı yaşadığını və əsəbi vəziyyətdə olduğunu bildirib.

Politoloq vurğulayıb ki, əgər Nikol Paşinyan düzgün xarici siyasət yürütməsə, Ermənistan düşdüyü bataqlıqdan qurtula bilməyəcək. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: