Bir sıra sahələr və xidmətlər üzrə dövlət rüsumu artırılır VİDEO


Digərləri 29 İyn 2018 22:44:00 347 0

Bir sıra sahələr və xidmətlər üzrə dövlət rüsumu artırılır  VİDEO

Bu gün Milli Məclisin növbədənkənar sessiyası keçirilib.

Son.az APA-ya istinadən bildirir ki, sonuncu iclasda əsas müzakirə mövzularından biri paytaxt yollarında yaranan tıxaclar olub. İclasda çıxış edən millət vəkili Fazil Mustafa alternativ nəqliyyat vasitələrinin az olduğunu və bunun qarşısını almaq üçün metrostansiyaların genişləndirilməsini təklif edib.

Millət vəkili Fəzail Ağamalı isə Bakı-Sumqayıt yolunda aparılan təmir işlərindən şikayətlənib və alternativ yol olmadığından vətəndaşların əziyyət çəkdiyini bildirib.

Millət vəkili, ''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov isə Bakının coğrafi mövqeyinə görə alternativ yolları yaratmağın çətin olduğunu, amma alternativ nəqliyyat vasitəsi üçün dəmir yolları şəbəkəsinin genişləndiirlməsi işin görüldüyünü bildirib.