İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında qaliblər mükafatlandırılıb (FOTO)


Digərləri 29 İyn 2018 22:19:35 301 0

İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında qaliblər mükafatlandırılıb (FOTO)

Cümə günü Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatında ikinci qrupun qalibləri mükafatlandırılıb.

Bakı. Ənvər Məmmədov - Cümə günü Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatında ikinci qrupun qalibləri mükafatlandırılıb. Xatırladaq ki, kişilər arasında ikinci qrup yarışan "uşaqlar" və "kiçiklər" yaş kateqoriyalı, qadınlarda isə "gənclər" və "yeniyetmələr" kateqoriyalarında gimnastlar çıxışlarını başa vurublar. Kişilərin yarışında "uşaqlar" yaş kateqoriyasında Çingiz Vəliyev qalib gəldi, ikinci yeri Nihat Muradlı tutdu və üçüncü - Rizvan Tağızadə oldu. “Kiçiklər” arasında birinci yeri Tural Səlimov, ikinci yeri Mircavad Ağazadə, üçüncü yeri isə Miryusif Əhmədzadə tutdu. Qadınlar arasında "gənclər" yaş kateqoriyası üzrə qalib Aliyə Rüstəmova oldu, gümüş medalı Dəniz Əliyeva, bürüncü isə Duyğu Məcidzadə qazandı.