22 yaşlı gənc intihara cəhd edib


Digərləri 29 İyn 2018 21:40:00 233 0

22 yaşlı gənc intihara cəhd edib

Bərdə rayonunda 22 yaşlı gənc sirkə turşusu içərək intihara cəhd edib.

Son.az report.az-a istinadən bildirir ki, Lək kənd sakini, 1996-cı il təvəllüdlü S. Süleymanov kəskin zəhərlənmə əlamətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının (MRX) Reanimasiya Şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, həkim müayinəsi zamanı məlum olub ki, 22 yaşlı S. Süleymanov hələ ki, bilinməyən səbəbdən, bilərəkdən sirkə turşusu qəbul edib. S. Süleymanova xəstəxanada lazımi tibbi yardım göstərilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.