Gənc gimnast: Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir


Digərləri 29 İyn 2018 21:18:53 254 0

Gənc gimnast: Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir

Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir, burada təşkilatçılıq ən yüksək səviyyədir.

Bakı. Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir, burada təşkilatçılıq ən yüksək səviyyədir. Trend-in məlumatına görə, bunu Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışlarının iştirakçısı, gənc Azərbaycan gimnastı Əhməd Rüstəm deyib. Gimnast deyib: "Müsabiqələrin gedişini sevirəm, böyük bir ekranın quraşdırılması əladır və biz burada çıxış üçün nə qədər xal alındığını dərhal görürük". Gənc idmançı vurğulayıb ki, çempionatın iştirakçıları arasında rəqabət var, kimisi bir, kimisi də digər növlərdə daha güclüdür". Çıxışından danışan Əhməd Rüstəm deyib ki, onu orta səviyyədən bir az yüksək qiymətləndirirlər.