“Nar”ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının qalibi “Göyçay” komandası olub


Digərləri 29 İyn 2018 20:18:43 253 0

“Nar”ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının qalibi “Göyçay” komandası olub

“Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının on birinci mövsümü başa çatıb.

Bakı. “Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının on birinci mövsümü başa çatıb. Şirkətdən Trend-ə verilən məlumata görə, yarışlarda respublikanın 15 bölgəsi və 10 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparıb. 2018-ci ildə keçirilmiş “Brain Ring” intellektual yarışlarında ilk ayın qalibi “Norm Sement” komandası olub. Sonrakı aylarda möhtəşəm oyun nümayiş etdirən “Göyçay” komandası üç ay dalbadal qələbəyə layiq görülüb. 2014-cü ildən başlayaraq yarışlarda iştirak edən “Göyçay” komandası ənənəvi olaraq ilin ilk yarısında oynanılan “Nar” kubokunun da qalibi olub. Bununla bağlı, kubokun qalibi olmuş komandanın şərəfinə mobil operator tərəfindən hədiyyələrdən əlavə Göyçay şəhərində xüsusi dizayn edilmiş bilbordlar da quraşdırılıb.