"NIKOIL | Bank"dan polis əməkdaşları üçün kredit aksiyası


Digərləri 29 İyn 2018 19:22:12 335 0

"NIKOIL | Bank"dan polis əməkdaşları üçün kredit aksiyası

NIKOIL | Bank polis əməkdaşlarını qarşıdan gələn 2 iyul - Azəbaycanın polis işçiləri günü münasibətilə təbrik edir.

Bakı. NIKOIL | Bank polis əməkdaşlarını qarşıdan gələn 2 iyul - Azəbaycanın polis işçiləri günü münasibətilə təbrik edir. Bankdan Trend-ə verilən məlumata görə, peşə bayramı ilə əlaqədar NIKOIL | Bank polis işçiləri üçün kredit aksiyasını elan edir. Aksiyanın şərtlərinə uyğun olaraq polis işçiləri standart 2% kreditdən az faiz dərəcəsi ilə istənilən istehlak kreditini rəsmiləşdirə bilərlər. Kreditin maksimal məbləği 30 000 manatdır. Bununla yanaşı zaminsiz 7500 manat kredit verilir. Kreditləşmənin maksimal müddəti 36 aydır. Aksiya 2 iyul tarixindən etibarən ayın sonunadək davam edəcək.