Buraxılış imtahanlarının nəticələri açıqlandı


Digərləri 29 İyn 2018 18:38:00 338 0

Buraxılış imtahanlarının nəticələri açıqlandı

İyunun 27-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-a verilən məlumata görə, Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan edilib.

İmtahanın nəticələri iyunun 29-da saat 18:19-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

IX sinif üzrə imtahanda iştirakı gözlənilən 39554 şagirddən 1058 nəfəri imtahana gəlməyib. 3 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.