Dari Morozov: İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının təşkili yüksək səviyyədədir


Digərləri 29 İyn 2018 18:00:00 293 0

Dari Morozov: İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının təşkili yüksək səviyyədədir

İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının təşkili yüksək səviyyədədir

Bakı. Cani Babayeva - İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının təşkili yüksək səviyyədədir. Bunu Trend-ə kişilər arasında böyüklər kateqoriyasında birinci yer tutmuş Dari Morozov deyib. Gimnast bildirib ki, öz çıxışından təəssüratları çox yaxşıdır və bundan sonra Şotlandiyada keçiriləcək Avropa çempionatına hazırlaşacaq: “Avropa çempionatınadək yaxşı forma yığmalıyam. Mənim əksər proqramlarım üzərində işləmək lazımdır, bəzi kombinasiyaları qəlizləşdirmək lazımdır, o zaman mən məmnun olacağam”.