Kənd Təsərrüfatı Nazirliyinə iki milyon manat ayrılıb


Siyasət 29 İyn 2018 17:49:01 323 0

Kənd Təsərrüfatı Nazirliyinə iki milyon manat ayrılıb

Elektron kənd təsərrüfatı sistemi inkişaf etdirilir

Prezident İlham Əliyev elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"xəbər verir ki, sərəncama əsasən, elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Sərəncam aqrar sahəyə dövlət dəstəyinin səmərəli təşkili, bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə imzalanıb.