Xames Bavariya-dan gedə bilər


İdman 29 İyn 2018 17:53:00 317 0

Xames Bavariya-dan gedə bilər

Bayern Munchen-i yarımmüdafiəçisi xames Rodriqes klubunu dəyişmək fikrinə düşüb. Goal.az xəbər verir ki, kolumbiyalı futbolçu yeni baş məşqçi Niko Kovaçın planlarına daxil deyil.

Bavariya-da icarə əsasında çıxış edən Xamesin cari müqaviləsi 2019-cu ilin yayında bitir. 26 yaşlı xavbekin transfer hüquqları Real-a məxsusdur.

2017-18 mövsümündə Münhen klubunda bütün turnirlərdə 39 matçda meydana çıxan Xames 8 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda Arsenal və Chelsea onunla yaxından maraqlanır.