20 Yanvar körpüsü və tunellə hərəkət bərpa olunur (FOTO)


Digərləri 29 İyn 2018 17:58:00 223 0

20 Yanvar körpüsü və tunellə hərəkət bərpa olunur (FOTO)

Artıq ərazidə son tamamlanma işləri aparılır.

Bakı. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işlərinin 1-ci mərhələsi bitmək üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, artıq ərazidə son tamamlanma işləri aparılır. Aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) mövcud avtomobil körpüsünədək (Delfin otelin qarşısınadək) olan hissəsini əhatə edib. Bu çərçivədə iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən qısa müddətlik Moskva prospektinin 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi - “Şamaxı yolu” adlanan ərazi istiqamətinə yönəldilib. Artıq ərazidə sontamamlanma işləri aparılır, yol xətlənir. Səhər tezdən körpü və tunellə hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılır. Bununla da 20 Yanvar dairəsi və Şamaxı yolu deyilən ərazi istiqamətində yaranan sıxlıq aradan qalxacaq.