Akif Əlizadə: Biz akademiyanın nüfuzunu bir az da yüksəldə bilərik


Digərləri 29 İyn 2018 17:10:00 268 0

Akif Əlizadə: Biz akademiyanın nüfuzunu bir az da yüksəldə bilərik

Bu gün Azərbaycanda akademiyanın adı çox hörmətlə çəkilir.

Bakı. İlhamə İsabalayeva - "Bu gün Azərbaycanda akademiyanın adı çox hörmətlə çəkilir. Biz birgə əməkdaşlıq edərək akademiyanın nüfuzunu bir az da qaldıra bilərik". Trend -in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün yeni tərkibdə keçirilən iclasında çıxış edərkən deyib. Akademiyanın nüfuzunun yüksəldilməsi üçün alimlər tərəfindən də müəyyən işlərin görülməsini vacib sayan A.Əlizadənin sözlərinə görə, ölkənin gənc nazirləri də akademiya ilə əməkdaşlıq edirlər.