Bu şəxslərə 10 gün vaxt veriləcək


Digərləri 29 İyn 2018 16:41:00 222 0

Bu şəxslərə 10 gün vaxt veriləcək

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün Milli Məclisdə miqrasiya qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan yeni qanun layihələrini şərh edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, V.Hüseynov bu qanunların məqsədinin ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı rahatlığının təmin ediməsi, turizm baxımından cəlbediciliyin artması və sahibkarlığın inkşafının dəstəklənməsi olduğunu bildirib. Təqdim edilən yeniliklərin bir hissəsinin mahiyyəti barədə qısa məlumatı paylaşmaq istərdim.

O qeyd edib ki, yeni qanunvericiliyə əsasən ölkəmizə gələn əcnəbilərin (turistlərin) ölkə ərazisində olduğu yer üzrə qeydiyyata düşməsi üçün mövcud 10 gün artırılaraq 15 gün müəyyən edilir:

"Miqrasiya qanunvericiliyini pozduğuna görə haqqında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilər artıq cəriməni ödəmədiyi təqdirdə ölkə ərazisini barələrində ölkəyə təkrar girişlərinə hər hansı məhdudiyyət tətbiq edilmədən tərk edə biləcək. Bu halda onların ölkəyə girişi cəriməni ödəyəcəkləri müddətədək məhdudlaşdılır və cəriməni ödədikdən sonra isə ölkəyə sərbəst gəlmələri təmin ediləcəkdir. Təbii ki, inzibati qaydada ölkədən kənara çıxarılma halları istisna olmaqla".