Sürücülük vəsiqəsi olmayan şəxs “KamAZ”la “KİA”nı vurdu VİDEO FOTO


Digərləri 29 İyn 2018 16:46:00 327 0

Sürücülük vəsiqəsi olmayan şəxs “KamAZ”la “KİA”nı vurdu  VİDEO  FOTO

Bakının Binəqədi rayonunda qəza baş verib. 

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Ziya Bünyadov prospektində Koroğlu metrosu istiqamətində hərəkətdə olan "KİA" markalı avtomobilin qarşısına qəflətən minik maşını çıxıb. "KİA"-nın sürücüsü dərhal avtomobili dayandırıb. Bu zaman arxadan sürətlə gələn "Kamaz" "KİA"ya çırpılıb. 

Qəza zamanı "KİA"nın sürücüsü yüngül xəsarət alıb. Sürücüyə hadisə şahidləri yardım göstəriblər. Yol polisinin yoxlamaları zamanı məlum olub ki, "KamAZ"ı idarə edən şəxsin müfaviq sürücülük vəsiqəsi yoxdur. 


Xəbərə aid fotolar