İstirahət günlərinin hava proqnozu


Digərləri 29 İyn 2018 16:12:00 246 0

İstirahət günlərinin hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu dağətəyi rayonlarda 34-39, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 36-41 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında anomal isti, günəşli hava şəraiti olacaq. Havanın maksimal temperaturu 37-41, bəzi yerlərdə 43 dərəcə isti təşkil edəcək.