Qaydalar dəyişir Elektronlaşma artır, sürücülərin işi asanlaşır, piyadaların cəriməsi qalxır


Digərləri 29 İyn 2018 16:01:00 277 0

Qaydalar dəyişir  Elektronlaşma artır, sürücülərin işi asanlaşır, piyadaların cəriməsi qalxır

Bu gün Milli Məclisdə yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə maraqlı dəyişikliklər edilməsi gözlənilir.

Son.az xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov həmin dəyişiklikləri tezis şəklində belə izah edib:

"1. Sürücülər barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzlənir, yəni gələcəkdə sürücü barəsində tərtib edilən elektron sənəd elə birbaşa "elektron qərar" adlanacaq.

2. Həmin elektron qərar yalnız real vaxt rejimində (qayda pozulan kimi avtomatik) tərtib edilməlidir. Yəni indi bəzi hallarda yol verildiyi kimi kameranın qeydə aldığı məlumatı kompüterdə araşdıraraq bir neçə saat və ya gün sonra elektron protokol (bundan sonra qərar) tərtib etmək qadağan olunur. Real vaxt rejimində (dərhal, onlayn) tərtib edilməyən qərar etibarsiz və qanunsuz olacaq, sürücü buna görə məsuliyyətdən azad olunacaq.

3. Elektron qərar (əlavələri ilə) 1 gün ərzində sürücünün elektron kabinetinə yerləşdirilməzsə, sürücü bu qayda pozuntusuna görə məsuliyyətdən azad olunacaq.

4. Sürücü onun barəsində tərtib olunan elektron qərardan 20 gün ərzində şikayət verə bilər.