Maliyyə Bazarlarına Nəzarət Palatasında sistem problemi yarandı


Digərləri 29 İyn 2018 15:57:00 279 0

Maliyyə Bazarlarına Nəzarət Palatasında sistem problemi yarandı

Maliyyə Bazarlarına Nəzarət Palatasında elektron xidmətlər sistemində problem yaranıb.

Son.az xəbər verir ki, bu barədə RealTV.az-a banklardan məlumat verilib. 

İlkin məlumata görə, səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının yerləşdiyi binada - Bülbül prospekti 27 ünvanında elektrik enerjisinin verilməsində yaranmış problemdir. Belə ki, səhər saatlarında binaya elektrik enerjisinin verilməsi dayanıb, generatorlar isə işləməyib. Nəticədə elektron xidmətlər üçün nəzərdə tutulmuş serverlər işini dayandırıb.