Xalq artistindən təhqirlərə cavab:


Kriminal 29 İyn 2018 15:10:00 310 0

Xalq artistindən təhqirlərə cavab:

"Nəhayət ki, bu qədər əziyyətdən, seviləndən və söyüləndən sonra mövsüm finalına çıxırıq. Bu arada sosial şəbəkədə daim məskən salmış tamaşaçıların "mədənyyəti" ilə də tanış olduq. Onların kimliyini də öyrəndik".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Həmidə Ömərova sosial şəbəkədə yazıb. Aktrisa rol aldığı "Ata ocağı" serialından və sosial şəbəkədə ünvanına yazılan tənqidlərən söz açıb:

"Tənqid edənlərin bəziləri uşaqdır, bəziləri aktyor yoldaşlarına həsəd aparanlar, bəziləri isə sifarişlə yazanlar... Dəyərli, maraqlı tamaşaçı rəyləri də az deyildi. Səhv, nöqsan tutmaq olar, amma aktyorun şəxsiyyətini, fiziki görünüşünü təhqir etmək səviyyəsizlikdir".