"Qanunvericilikdə dini icmaların qeydiyyatı ilə bağlı ziddiyyətli məqamlar var"


Siyasət 29 İyn 2018 15:00:00 215 0

"Qanunvericilikdə dini icmaların qeydiyyatı ilə bağlı ziddiyyətli məqamlar var"

Qanunvericilikdə dini icmaların qeydiyyatı ilə bağlı ziddiyyətli məqamlara aydınlıq gətirilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Aparat rəhbəri Simran Həsənov "Dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda keçirilən respublika müşavirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dini icmaların qeydiyyatı ciddi bir problemdir.

S.Həsənov deyib ki, dini icmaların qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən ziddiyyətli məqamlar var:

"Bunların hamısına aydınlıq gətirilməlidir. Dini icmaların nümunəvi nizamnaməsi də yenilənməlidir və yeni sənəddə din xadimi və dini icma sədrinin hüquq və vəzifələri dəqiq göstərilməlidir. Bunlar konkretləşdirilməlidir. Bu nizamnamənin hazırlanmasına biz də yardım edə bilərik".