Qida sahəsində pozuntular barədə vaxtında məlumat vermək mümkün olacaq


Digərləri 29 İyn 2018 14:30:00 265 0

Qida sahəsində pozuntular barədə vaxtında məlumat vermək mümkün olacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində yaradılan mobil dəstək proqramı vasitəsilə vətəndaşlar quruma qida sahəsində olan pozuntuları çatdıra biləcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, bu proqram ictimai nəzarəti artırmaq məqsədilə istifadəyə verilir:

"Artıq may ayında keçirilən tədbirdə biz onu nümayiş etdirdik. 7 il müddətinə qida təhlükəsizliyinə dövlət nəzarəti istiqamətində layihə hazırlanıb. Dünyada elə bir ölkə yoxdur ki, orada 100 faiz təhlükəsiz qida olsun".