Nazir Ramin Quluzadə Qusarda regional müşavirə keçirib (FOTO)


Digərləri 29 İyn 2018 14:31:00 257 0

Nazir Ramin Quluzadə Qusarda regional müşavirə keçirib (FOTO)

Ramin Quluzadə telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib

Bakı. Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar şəhərində görüş keçirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən Trend-ə verilən məlumata görə, Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.