Maliyyə naziri 2018il dövlət büdcəsində gəlir və xərclərin dəyişdirilməsinin SƏBƏBLƏRİNİ açıqladı


Digərləri 29 İyn 2018 14:17:00 334 0

Maliyyə naziri 2018il dövlət büdcəsində gəlir və xərclərin dəyişdirilməsinin SƏBƏBLƏRİNİ açıqladı

2018-ci il üçün Azərbaycan dövlət büdcəsinin təkrar nəzərdən keçirilməsi ölkənin müdafiəqabiliyyətliliyini və təhlükəsizliyini artırmaq, eləcə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi cəhdləri ilə bağlıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Layihəyə əsasən, dövlət büdcəsinin gəlirlərinin 1 983 milyon manat artırılaraq (9,9 faiz) 22 110 milyon manatadək, xərclərinin 2 014 milyon manat artırılaraq (9,6 faiz) 23 061 milyon manatadək yüksəldilməsi planlaşdırılır. Dövlət büdcəsinin kəsiri 951 milyon manat (31 milyon manat artım) təşkil edəcək ki, bu da 2018-ci il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun 1,3 faizinə bərabər olacaq.