Azər Türk Bank əmanətlərin müddətini və faizini artırdı


Digərləri 29 İyn 2018 14:10:00 327 0

Azər Türk Bank əmanətlərin müddətini və faizini artırdı

Dövlət bankı Azər Türk Bank mövcud tələbatı nəzərə alaraq müştərilərinə əmanətlər üzrə yeni məhsul təqdim edir.

Artıq Bankda 36 ay müddətinə yüksək faizlə depozit yerləşdirmək mümkündür. Beləliklə, bank "Klassik" əmanəti adı altında müştərilərinə 6 aydan başlayaraq, 3 il müddətinə qədər əmanət yerləşdirmək imkanı yaradır.

Yeni məhsul olan 36 aylıq əmanətə görə müştəri faizlər aylıq ödənildikdə, illik 9,5%, müddətin sonunda ödənildikdə isə illik 10% gəlir əldə edir. Qeyd edək ki, bu müddətə cəlb edilən əmanətlər, minimal məbləğ 500 AZN olmaqla, yalnız milli valyutada qəbul edilir. Digər müddətli əmanətlər isə manat, avro və ABŞ dollarında qəbul olunur.