Bakı-Sumqayıt yolundakı tıxac Milli Məclisdə də müzakirə olundu


Digərləri 29 İyn 2018 14:12:00 267 0

Bakı-Sumqayıt yolundakı tıxac Milli Məclisdə də müzakirə olundu

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Bakı-Sumqayıt yolunun təmirə dayandırılması məsələsi müzakirə olunub.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Bakı-Sumqayıt yolunun təmirə dayandırılması məsələsi müzakirə olunub. Trend-in məlumatına görə, deputat Fəzail Ağamalı bildirib ki, hazırda təmir gedən hissədə yol 4 il öncə çəkilib: “Deyirlər ki, orada çatlar var. Tam məsuliyyətimlə deyirəm ki, o yolda çat yox idi. Hər gün o yoldan istifadə edirəm. Orada təmir işlərinin getməsi insanları narahat edir”.