"Büdcə sistemi haqqında" qanuna dəyişiklik qəbul edildi


Digərləri 29 İyn 2018 14:04:00 346 0

"Büdcə sistemi haqqında" qanuna dəyişiklik qəbul edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Büdcə sistemi haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi strateji yol xəritələrinin tədbirlər planlarına uyğun olaraq "2017-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanına və Maliyyə Sabitliyi Şurasının "2017-ci il və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"na əsasən fiskal dayanıqlığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.

Sənəd fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır.

Qanun layihəsinə əsasən, dövlət büdcəsinin gəlirlərini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini və büdcə qaydasının hesablanması üçün tələb olunan məlumatları mart ayının 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.

Dəyişikliyə əsasən, büdcə qaydasına uyğun icmal büdcənin xərclərinin yuxarı həddi də hesablanacaq.

Bundan başqa, qanuna büdcə qaydaları ilə bağlı yeni, 11-1-ci maddənin əlavə edilməsi təklif edilir. Bu maddəyə görə, növbəti və sonrakı il üçün icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi bu maddəyə uyğun olaraq hesablanan icmal büdcə xərclərinin yuxarı həddindən artıq ola bilməz. Eləcə də icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunan icmal büdcə xərclərinin 103%-dən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə aşağıdakı qeyri-neft gəlirləri və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilir:

11-1.2.1. dövlət büdcəsinə neft-qaz sahəsi istisna olmaqla, digər sahələrdən ödənilən dövlət vergiləri və rüsumları, habelə bu qanunla müəyyən edilən büdcə gəlirlərinin təsnifatına uyğun digər daxilolmalar;

11-1.2.2. dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri;

11-1.2.3. sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta haqları üzrə istisna olmaqla, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə məcburi dövlət sosial sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;

11-1.2.4. dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə öhdəlikləri sığorta haqları istisna olmaqla, işsizlikdən sığorta fonduna işsizlikdən sığorta üzrə sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;