Qaxda baş verən ağır yol qəzasının səbəbi məlum olub


Sosial 29 İyn 2018 13:37:00 278 0

Qaxda baş verən ağır yol qəzasının səbəbi məlum olub

Sürücü sükan arxasında infarkt keçirərək ölüb

Qax rayonunda 2 nəfərin ölümü, 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının səbəbi məlum olub.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə,Zaqatala rayonunun Qandax kənd sakini, 1976-cı il təvəllüdlüİlkin Haqverdi oğluƏliyevidarə etdiyi10-NB-862 dövlət qeydiyyat nişanlı, "Mercedes" marakalımikroavtobusla hərəkətdə olan zaman birdən ürəyini tutub və infarkt keçirərək sükan arxasında ölüb. Bunu görən sərnişinlər dərhal sürücüyə yaxınlaşıb və mikroavtobusu saxlamağa çalışıblar. İdarəetmədən çıxan mikroavtobus qarşı tərəfdən gələn,Qax rayonunun Qaratala kənd sakini, 1993-cü il təvəllüdlü Fəxri Məmmədlinin idarə etdiyi55-BD-700 dövlət qeydiyyat nişanlı "KamAZ" marakalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən deformasiyaya uğrayan mikroavtobus yolun kənarına aşıb.

Dünyasını dəyişənmikroavtobusun sürücüsü, İ.Əliyevin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə yerləşdirilib. Meyitin üzərində aparılan ekspertiza zamanı sürücünün infarkt keçirərək öldüyü məlum olub.