Azərbaycanda mobil tipli heyvan kəsimi yerləri yaradılacaq


Digərləri 29 İyn 2018 13:49:00 305 0

Azərbaycanda mobil tipli heyvan kəsimi yerləri yaradılacaq

Azərbaycanda heyvanların kəsilərək satılması üçün xüsusi yerlər yaradılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli bildirib ki, küçələrdə və müəyyən edilməyən yerlərdə heyvanların kəsilməsinin qarşısı alınacaq:

"Bəzən həyətlərdə, göz qabağında kəsilən heyvanların ətinin alınmasına üstünlük verirlər. Bu, düzgün deyil. İri və xırdabuynuzlu heyvanların mobil tipli kəsim yerləri yaradılacaq. Bununla bağlı işlər görülür və biz sahibkarlara da bu barədə məlumat vermişik. Sahibkarlar özləri də bu sahədə maraqlıdırlar".