Ər evə yad qız gətirdi, hamilə yoldaşını döydü Şirvanda


Kriminal 29 İyn 2018 13:20:00 271 0

Ər evə yad qız gətirdi, hamilə yoldaşını döydü  Şirvanda

Şirvan şəhərində arvadına dəhşətli işgəncə verməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Namil Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadla xəbər verir ki, Namil Məmmədov 20 sentyabr 2016-cı il tarixdən 21 aprel 2017-ci ilə kimi olan dövr ərzində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Fərqanə Babayevaya işgəncə verib.

O, Fərqanənin hamilə vəziyyətində olduğunu bilə-bilə birgə yaşadıqları Şirvan şəhəri, Xaqani küçəsindəki evlərdən birində mütəmadi olaraq onu döyüb, dəfələrlə ünvanına nalayiq ifadələr işlətməklə saçından tutub yataq otağında yerlə sürüyüb.

Namil Məmmədov 2016-cı ilin noyabrında Fərqanə Babayevanı yaşadıqları evdə yumruq təpiklə vurub, həmin ilin dekabrın 31-də isə Bakı şəhərində olarkən yumruqla gözaltı nahiyəsinə zərbə endirib.

Daha sonra Namil Məmmədov 2017-ci ilin yanvarında Şirvan şəhərində yaşadıqları evdə Fərqanənin bel, baş nahiyəsinə yumruq və təpiklə vurub, onun bu barədə yaxın qohumlarına məlumat verməsini məhdudlaşdırıb.

"İşlədiyi qadını evimizə gətirib"

Namil Məmmədov sonuncu dəfə 2017-ci il aprelin 21-də yaşadıqları evdə onu yumruq-təpiklə vurub.

İstintaq orqanı tərəfindən Namil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 133.2.2-ci (aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində əzab vermə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fərqanə Babayeva bildirib ki, həyat yoldaşı Namil Məmmədov mütəmadi olaraq onunla münaqişə yaradıb: "Namil onunla birlikdə işləyən İradə adlı qadını yaşadığımiz evə gətirib, onunla birlikdə qonşu otaqda əyləşiblər. Onların bu hərəkətləri barədə Namilə sual verdikdə, məni təhqir edib, döyüb".

"Məni küçəyə atdılar"

Fərqanə Babayevanın sözlərinə görə, 2017-ci il aprelin 21-də əri onun hamilə olduğunu bildiyi halda təpiklə onun qarnına vurub, sonra mətbəxdən götürdüyü bıçaqla onu öldürəcəyi ilə hədələyib: "Namil sonra anası ilə birlikdə məni təhqir etdi, saçımdan tutaraq yaşadığımız evin dəhlizinə çıxardı, məni küçəyə atdılar. Dəfələrlə qapını döysəm də, evə buraxmalarını xahiş etsəm də, məni evə qoymadılar".

"Səhərə qədər qapının ağzında yatdım"

Fərqanə Babayeva daha sonra ifadəsində Bakıda əri tərəfindən döyülməsi barədə bunları deyib: "Bakı şəhərinə Namilin xalasıgildə qonaq olarkən, hicabı düz bağlamadığıma görə gözümün üstünə yumruqla vurdu. Hamilə olduğumu bildiyi halda məni döyməyə başladı. Həmin vaxt qolumu ayağının altında sıxdı, qarnıma isə bir neçə təpiklə vurdu. Həmin vaxt məni döydükdən sonra qapının ağzına atdı. Səhərə qədər qapının ağzında yerdə yatdım. Əvvəllər də sancılarım olsa da, aprelin 21-də Namil məni döydükdən sonra sancılarım çoxalmışdı".

"İradə ərimi masaj edir, yaxınlıq edirdi"