ABŞ Dövlət Departamenti: "Əfqanıstan üzrə iclasın Bakıda keçirilməsi Azərbaycanın regionda vacib rolunu göstərir"


Siyasət 29 İyn 2018 13:17:00 286 0

ABŞ Dövlət Departamenti: "Əfqanıstan üzrə iclasın Bakıda keçirilməsi Azərbaycanın regionda vacib rolunu göstərir"

Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclasının Bakıda keçirilməsi Azərbaycanın regionda vacib rolunu göstərir.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu ABŞ dövlət katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Elis Uells deyib.

O, Əfqanıstana kömək göstərilməsini dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, bu görüşün vacibliyi onun Əfqanıstan Prezidenti Əşrəf Qəni tərəfindən atəşkəs elan olunmasından dərhal sonra keçirilməsidir:

"ABŞ-ın dövlət katibi Maykl Pompeo bəyanatla çıxış edərək deyib ki, Tramp Qəninin "Taliban" radikal hərəkatı ilə atəşkəs qərarının uzadılması qərarını dəstəkləyir".