Qoşqar Təhməzli: "Məktəbəqədər, məktəb, ali təhsil müəssisələrində qidalanma rasionlarına dövlət nəzarəti həyata keçiriləcək"


Sosial 29 İyn 2018 12:39:43 280 0

Qoşqar Təhməzli: "Məktəbəqədər, məktəb, ali təhsil müəssisələrində qidalanma rasionlarına dövlət nəzarəti həyata keçiriləcək"

"Təhsil müəssisələrində uşaqların qidalanması məsələsi də diqqət mərkəzindədir"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəbəqədər, məktəb, ali təhsil müəssisələrində qidalanma rasionlarına dövlət nəzarəti həyata keçirəcək.

"Report" xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, təhsil müəssisələrində uşaqların qidalanması məsələsi də diqqət mərkəzindədir: "Gələcək indiki nəsildən asılıdır. Yaxın zamanlarda Təhsil Nazirliyi ilə birlikdə həmin müəssisələrə bildirişlər göndəriləcək".