Bakı Fond Birjası səhmdarlarına 500 min manatdan çox dividend ödəyib


İqtisadiyyat 29 İyn 2018 12:10:00 375 0

Bakı Fond Birjası səhmdarlarına 500 min manatdan çox dividend ödəyib

Bu, Birjanın ötənilki xalis mənfəətinin 34%-i deməkdir

“Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının bu il mayın 25-dəki ümumi yığıncağında qəbul edilmiş qərara əsasən, Birja 2017-ci ildə əldə etdiyi 1,471 mln. manat məbləğində xalis mənfəətin 504 min manatını (34,26%-ni) səhm sahiblərinədividend kimi ödəyib.

“Report” bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın 1,26 mln. manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 200 manat olan 6 300 ədəd səhm əsasında formalaşıb. Hər səhm üzrə dividendin məbləği onun nominal dəyərinin 40%-i qədər – 80 manat təşkil edib.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.