Şahzadə ulu nənəsinin məzarını ziyarət etdi VİDEO FOTO


Dünya 29 İyn 2018 12:23:00 281 0

Şahzadə ulu nənəsinin məzarını ziyarət etdi  VİDEO  FOTO

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Uilyam İsrail və Fələstində rəsmi səfərdədir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, o, dünən Şərqi Qüdsdəki rus pravoslav kilsəsinə baş çəkərək ulu nənəsi, Yunanıstan və Danimarka şahzadəsi Alisa Battenberqin məzarını ziyarət edib.

Şahzadə Alisa Battenberq Müqəddəs Mariya Maqdalina kilsəsində, qohumu, Romanovlar sülaləsindən olan knyaginya Yelizaveta Fyodorovnanın məzarının yanında dəfn olunub.

Şahzadənin ulu nənəsi dəfn məkanını özü seçmişdi.

İsraildə şahzadə Alisaya "Dünya Xalqlarının Munisi" adı verilib. Səbəb 2-ci Dünya Müharibəsi illərində Afinadakı evində yəhudi ailəsinə sığınacaq vermişdi. Gestapoda istintaqlar zamanı o, suallara cavab verməmək üçün özünü karlığa vururdu.

Dördgünlük səfərinin son günündə şahzadə Uilyam Zeytun Dağına qalxaraq Qüdsün Köhnə Şəhər səmtinə tamaşa edib, Tanrı Məzarı məbədini, Ağlama Divarını, Qübbət ül Səhranə və Əl Əqsanı ziyarət edib.

Şahzadə Alisa Battenberq (1885 - 1969) yunan şahzadəsi Andreyin xanımı, Britaniya kraliçası 2-ci Yelizavetanın əri şahzadə Filippin anasıdır.