Kaspersky Lab: Son 12 ayda kriptomaynerlər tərəfindən hücumların sayı 44% artıb


Digərləri 29 İyn 2018 12:21:00 230 0

Kaspersky Lab: Son 12 ayda kriptomaynerlər tərəfindən hücumların sayı 44% artıb

2017-2018-ci illərdə avadanlıqları kriptovalyutanın mayninqi üçün proqram təminatı tərəfindən hücuma məruz qalmış internet istifadəçilərinin sayı 2016-2017-ci illərlə müqayisədə 1,9 milyondan 2,7 milyonadək artıb

Bakı. “Kaspersky Lab” şirkətinin hesabatına əsasən, 2017-2018-ci illərdə avadanlıqları kriptovalyutanın mayninqi üçün proqram təminatı tərəfindən hücuma məruz qalmış internet istifadəçilərinin sayı 2016-2017-ci illərlə müqayisədə 1,9 milyondan 2,7 milyonadək artıb. Bununla belə, kibercinayətkarlar daha çox inkişafda olan bazarlara istiqamətlənirlər və onların hesabına gəlirlərini artırırlar. Bütün bunları son 24 ay ərzində “Kaspersky Lab”ın həllərinin işə düşməsinə əsaslanan statistika nümayiş etdirir. Kriptovalyuta – son illər ərzində ən çox müzakirə olunan mövzulardan biridir və şübhəsiz ki, cinayətkarlar bundan yan keçə bilməzdilər. Cinayətkarlar hücuma məruz qalmış istifadəçilərin kompüterlərinin və mobil avadanlıqlarının hesablayıcı gücündən yararlanaraq kriptovalyuta istehsal edən xüsusi proqram təminatı yaradırlar. Kriptomaynerlər cinayətkarlara hədələyici proqramlarla müqayisədə daha az mənfəət gətirir, lakin onlar bunu gizlicə və daha uzun müddət ərzində edirlər. Bu səbədən təəccüblü deyil ki, kompüter və mobil cihazlara hədələyici proqramların hücumlarının sayı 2017-2018-ci illərdə azalıb (müvafiq olaraq 30% və 22,5%). “Kaspersky Lab”ın ekspertlərinin məlumatına əsasən, kriptomaynerlər yalnız kompüterlərə deyil, həmçinin mobil cihazlara da hücum edirlər. Bu proqramların bu cür platformalara edilən unikal hücumlarının sayı 9,5% artıb, bununla belə, 2017-2018-ci illərdə onlar dünya üzrə təxminən 5 min istifadəçiyə toxunub, bu da 2016-2017-ci illərin göstəricisindən 11% çoxdur.