Norveçdə yaşayan azərbaycanlılar "Uşaq və yemək" festivalı keçiriblər (FOTO)


Digərləri 29 İyn 2018 12:15:00 232 0

Norveçdə yaşayan azərbaycanlılar "Uşaq və yemək" festivalı keçiriblər (FOTO)

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) Norveçdə uşaq, mədəni müxtəliflik və sağlam qida naminə "Uşaq və yemək" festivalı ilə tarixi bir uğura imza atıb.

Bakı. Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) Norveçdə uşaq, mədəni müxtəliflik və sağlam qida naminə "Uşaq və yemək" festivalı ilə tarixi bir uğura imza atıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Oslonun mərkəzi Saqene rayonunda təşkil olunan festivalda 15-dən yuxarı ölkənin təmsilçiləri iştirak edib və onlar öz fəaliyyətləri barədə məlumat verib, eyni zamanda milli yeməklərini nümayiş etdiriblər. NAYO-nun baş katibi Əlizamin Cəfərli Azərbaycan gənclərinin Norveçdə daima aktiv fəaliyyətləri ilə seçildiklərini bildirib. Norveçin işçi partiyasının fəal siyasətçisi və Oslo şəhər şurasının üzvü Yorqen Fos NAYO-nun bu işdə təşkilatçılığını yüksək qiymətləndirib və festivalın həqiqətən də Norveç cəmiyyətinin aktual məsələsini bir daha diqqətə çatdırdığını qeyd edib.