Mədəniyyət Nazirliyində yeni şöbə müdirləri TƏYİN olundu


Kriminal 29 İyn 2018 12:04:00 277 0

Mədəniyyət Nazirliyində yeni şöbə müdirləri TƏYİN olundu

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparat rəhbərinin müavinləri və şöbə müdirləri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, Vasif Eyvazzadə nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri təyin edilib.

Aparat rəhbərinin müavini - Hüquq və daxili təhlil şöbəsinin müdiri vəzifəsi Namiq Qulamova həvalə olunub.

Yeni yaradılan Regional siyasət şöbəsinin müdiri vəzifəsinə isə Pərviz İsgəndərli təyin edilib.