Gözətçi otağına silahlı hücum


Digərləri 29 İyn 2018 12:00:00 253 0

Gözətçi otağına silahlı hücum

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Mayın 15-də Samux rayonunun Qarabağlar kəndi ərazisindəki artezian quyusuna nəzarət edən gözətçi otağına atəş açılması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə daxil olmuş məlumatla əlaqədar dərhal Samux Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, araşdırmalarla həmin gün kənd sakinlərinə məxsus əkin sahəsində artezian quyusuna nəzarət edən Elsevər Qurbanovun olduğu gözətçi otağına gələn Adil Beybudovun ov tüfəngindən bir neçə dəfə otaq istiqamətində atəş açdığı müəyyən edilib. 

Qırmalardan biri E.Qurbanovla birgə otaqda olan Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Elsevər Kazımovun boyun nahiyəsinə dəydiyindən o, xəstəxanaya yerləşdirilib.